"Neftçi"dən ayrılan: "Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi"

26 Noyabr 2024 23:20 Neftçi 2 217
"Neftçi"dən ayrılan: "Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi"

"Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi" ilə yollarını ayıran Andre Şinyaşiki şəxsi instaqran hesabında yazıb.

27 yaşlı braziliyalı hücumçu "ağ-qaralar"ın fanatlarına müraciət edib:

"Hörmətli "Neftçi" azarkeşləri, hər şey üçün təşəkkür edirəm. Azərbaycanın ən böyük klubunda oynamaq çox xoş idi.

Bu fürsət mənə verildiyi üçün minnətdar olacağam. Kluba və gözəl tərəfdarlara uğurlar arzulayıram".

2023-cü ilin avqustunda transfer olunmuş A.Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş