“Neftçi”nin yaxşı baş məşqçisi, heyəti və gözəl azarkeşləri var”

25 Noyabr 2024 01:10 Neftçi 1 393
“Neftçi”nin yaxşı baş məşqçisi, heyəti və gözəl azarkeşləri var”

“Komandanın bəzi oyunlarını izləyirəm.

Uğursuzluğun səbəbinin nə olduğunu deyə bilmərəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi” və “Qəbələ”nin formasını geyinmiş Baqali Daboya aiddir.

Fransalı forvard sabiq komandası “Neftçi”nin Premyer Liqada bumövsümkü performansından danışıb:

“Sadəcə, futbolçular özünəinamı qaytarmalıdırlar. Bu halda addım-addım irəli gedə biləcəklər.

“Ağ-qaralar”ın yaxşı baş məşqçisi, heyəti və gözəl azarkeşləri var. Nəticələrin ürəkaçan olmasa da, fanatlar hələ də bu komandanı dəstəkləyirlər. Bu, sevindirici məqamdır”.

Baqali Dabo 2016-2018-ci illərdə “Qəbələ”nin, 2018-2020-ci illərdə isə “Neftçi”nin formasını geyinib. O, hazırda Kiprdə - “Ayya Napa”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş