"Neftçi"nin legioneri dubl etdi, C Liqasına yuvarlandılar - VİDEO

21 Noyabr 2024 08:40 Neftçi 1 201
"Neftçi"nin legioneri dubl etdi, C Liqasına yuvarlandılar - VİDEO

"Neftçi"nin legioneri Kilan Lebon Sent Martin millisinin heyətində növbəti görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı vingerin komandası KONKAKAF Millətlər Liqasında B Divizionunun 6-cı turu çərçivəsində Qrenadanın qonağı olub.

Lebon meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Onun komandası 3:0 qalib gəlib. Lebon bu görüşdə dublla yadda qalıb.

Ancaq yekunda Lebonun millisi B Divizionunda yerini qoruya bilməyərək 6 xalla qrup sonuncusu olub və C Liqasına düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş