Ramil Şeydayev Samir Abasovu qane etmir: “Özünü toparla, yoxsa...”

10 Noyabr 2024 14:00 Neftçi 4 958
Ramil Şeydayev Samir Abasovu qane etmir: “Özünü toparla, yoxsa...”

«Neftçi»nin baş məşqçisi Samir Abasov Ramil Şeydayevin performansından narazıdır.

Oktyabrın əvvəlində «ağ-qaralar»ın sükanı arxasına qayıdan mütəxəssis son 4 turda cəmi 1 qol vuran hücumçuya öz giley-güzarını edib.

Təcrübəli mütəxəssis məhsuldarlığı aşağı olan forvarda fikrini açıq deyib.

Abasov Şeydayevə «özünü toparla, yoxsa əsas heyətdə yerini itirə bilərsən» mesajı verib.

Ramil «Neftçi»yə bu ilin yayında «Kocaelispor»dan gəlib. Millinin ön xətt oyunçusu bakılılarla 3 illik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş