COP29

Qızının dünyaya gəlməsi Juninyonun oyununa necə təsir edib?

9 Noyabr 19:00 Neftçi 3 327
Qızının dünyaya gəlməsi Juninyonun oyununa necə təsir edib?

“Qarabağ”ın hücumçusu Juninyo Olavio bir neçə ay öncə atalıq sevinci yaşadı.

Braziliyalının həmyerlisi olan xanımı sosial şəbəkə hesabında futbolçu əri və körpəsi ilə bağlı maraqlı paylaşımlar edir, cütlüyün bir-birinə bağlılığını izləyicilərinə təqdim edir.

Maraqlıdır, qız övladının dünyaya gəlməsi gündəlik rejiminə nə dərəcədə təsir edir? Atalıq məsuliyyəti ilə hücumçuluq borcu üzərinə düşən yükün ağırlığını artırmır ki?

Juninyo Sportinfo.az-a açıqlamasında bununla bağlı danışıb:

“Əlbəttə, ata olmaq sözlə ifadə edə bilməyəcəyim dərəcədə möhtəşəm hisdir. Hər bir insan ailəsi üçün çalışır, çalışdığı sahədə onların xoşbəxtliyi üçün əlindən gələni edir.

Qızım artıq 5 aylıqdır. Bəli, onunla xoş vaxt keçirirəm, böyüməyindən zövq alıram.

Ancaq bunun işimə, oynadığım futbola mənfi, yaxud müsbət təsiri yoxdur. Hər zaman necə çalışmışamsa, bu gün də eynisini edirəm.

Üzərimə düşən vəzifə “Qarabağ”a kömək etmək, vurduğum qollarla qazanılan uğurlarda pay sahibi olmaqdır. Əlimdən gələnin ən yaxşısını edirəm və etməkdə davam edəcəm”.

Ötən “futbol ili”ndə bütün yarışlarda meydana çıxdığı 55 matçda rəqib qapılarına 31 dəfə yol tapan Juninyo, cari mövsümdə Premyer Liqada 2 qolla yadda qaldığı halda, avrokuboklarda 7 qola imzasını yazdırıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər