"Neftçi"də son durum necədir?

7 Noyabr 2024 14:20 Neftçi 1 891
"Neftçi"də son durum necədir?

“Neftçi” Premyer Liqanın 13-cü turunda qarşılaşacağı “Şamaxı” ilə oyunun hazırlığını davam etdirir.

Sportinfo.az xəbər verir ki, “Araz-Naxçıvan”la matçın ertəsi günü bərpa məşqi edib bir günlük istirahətə buraxılan “ağ-qaralar” “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan komanda üzvləri daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər.

Noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Şamaxı” matçı saat 15:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş