Abasov “Neftçi”dən göndərmək istədiyi futbolçuların siyahısını nə vaxt açıqlayacaq?

31 Oktyabr 2024 14:40 Neftçi 3 956
Abasov “Neftçi”dən göndərmək istədiyi futbolçuların siyahısını nə vaxt açıqlayacaq?

Oktyabrın əvvəlində «Neftçi»yə qayıdan Samir Abasov xidmətində maraqlı olmadığı futbolçuların siyahısını müəyyənləşdirməyə başlayıb.

Baş məşqçi dekabrın ikinci yarısınadək planını konkretləşdirəcək.

Klub idarəçiləri ilə bir araya gələn mütəxəssis əsasən legionerlər barədə danışıb. Təcrübəli çalışdırıcı son ilyarımda düşərgəyə gəlmiş əksər əcnəbi oyunçuların səviyyəsinin onu qane etmədiyini bildirib.

Abasov özündən əvvəl burada işləmiş həmkarlarının yanlış transfer siyasəti apardığını söyləyib.

O. həmçinin vurğulayıb ki, legionerlərlə ən azı 2 illik müqavilə imzalanıb, bu da qış fasiləsində onlarla yolları ayırmağı çətinləşdirir. Çünki kontrakta xitam verilərsə, təzminat ödəmək lazım gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş