Sabir Buqrin 2020 - 2022-ci illərdə formasını geyindiyi "Neftçi"yə qayıda bilər.
2020/2021 mövsümündə Azərbaycan çempionu olan Mərakeşəsilli belçikalı yenidən ağ-qara formanı geyinmək istəyir.
Samir Abasovun paytaxt klubuna dönməsi 28 yaşlı yarımmüdafiəçini daha da ümidləndirib.
Ərəb oyunçu yaxşı tanıdığı baş məşqçinin təyinatı barədə məlumat alandan bəri bəzi şəxslər vasitəsilə ona öz mesajını göndərib, şərtlər üst-üstə düşərsə, qış fasiləsindən sonra ölkəmizə gələ biləcəyini söyləyib.
Elə Abasov da bu anlaşmanın gerçəkləşməsinə həvəs göstərir. Hər halda Buqrin ona kifayət qədər tanış biridir və potensialına bələddir.
Sabir 2022-ci ilin yanvarında “Neftçi”dən “Esperans”a keçib. Tunis klubu onu 827 min manat təzminat qarşılığında sıralarına qatıb və 3,5 illik müqavilə bağlayıb.
SPORTİNFO.AZ