COP29

"Neftçi"nin legioneri “Sportinfo”ya danışdı: "Bunu hiss edirik, vəziyyətdən çıxacağıq"

29 Oktyabr 19:00 Neftçi 863
"Neftçi"nin legioneri “Sportinfo”ya danışdı: "Bunu hiss edirik, vəziyyətdən çıxacağıq"

"Neftçi"nin yarımmüdafiəçisi Alfa Konte Premyer Liqanın 11-ci turunda "Sabah"la bərabərə bitən (0:0) qarşılaşma haqda Sportinfo.az-a müsahibə verib.

- Qarşılaşma barədə düşüncələrin necədir?

- Ağır oyun oldu. Çünki "Sabah" yaxşı rəqibdir. Yaxşı heyətə sahibdir. Düşündüyümüz kimi gərgin matç keçdi.

- İki fərqli hissə izlədik. İkinci yarı meydanda daha zəif "Neftçi" vardı. Bu, nə ilə bağlıydı?

- Fasilədən sonra fərqli futbol oynamağa başladıq. Daha çox uzun ötürmələrdən istifadə etdik. Bu da bizə çətinlik yaradırdı. Düşünürəm ki, bu səbəbdən istədiyimiz kimi çıxış edə bilmədik.

- Samir Abasov bildirdi ki, komandanı hələ də məğlubiyyət libasından tam xilas edə bilməmişik. Bunun üçün uzun zaman lazımdır?

- İnanmıram ki, uzun zaman alsın. Çünki həm məşqlərdə, həm də oyunlarda əlimizdən gələni edirik.

- Gələcəyə bu qədər ümidli olmağın nə ilə bağlıdır?

- Çünki oyunumuzda inkişafı özümüz də hiss edirik. Düşünürəm ki, qısa müddətdə düşdüyümüz vəziyyətdən çıxacağıq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 09:25 Futbolun dirçəlişi