Samir Abasov gələn kimi "Neftçi"də nələri dəyişib? - VİDEO

25 Oktyabr 2024 16:20 Neftçi 2 345
Samir Abasov gələn kimi "Neftçi"də nələri dəyişib? - VİDEO

Samir Abasov gələn kimi "Neftçi"də nələri dəyişib?

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayev bununla bağlı maraqlı fikirlər səsləndirib.

O, 2 ildən sonra paytaxt təmsilçisinin sükanı arxasına dönmüş mütəxəssisin futbolçuların psixoloji durumuna ciddi diqqət ayırdığını söyləyib.

Tanınmış televiziya adamı bildirib ki, Abasov işə başladığı gündən bu yöndə çalışmaqdadır.

Rzayev baş məşqçinin Emin Mahmudov və Ramil Şeydayev kimi aparıcı futbolçularla görüş keçirdiyini, kapitanlıq məsələsinə görə yaranmış fikir ayrlığını aradan qaldırdığını iddia edib:

«Samir Abasov əsəbi adamdır. Onun futbolçularla bu mövzuda necə danışdığını təxmin eləyirəm.

Deyə bilərəm ki, kapitan söhbətində baltanı lap kökündən vurub».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş