Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”

23 Oktyabr 2024 00:40 Neftçi 1 154
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”

“Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov komandasının fiziki durumundan danışıb.

Sportinfo.az xəbər verir ki, çempionatın 1-ci dövrəsində 5 dəfə heç-heçə edən və 4 dəfə uduzan Bakı təmsilçisi "Səbail"ə qalib gəlməklə mövsümdə ilk qələbəsini qazanıb.

Bu, həmçinin "Neftçi"nin yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyunu olub.

E.Mahmudov komandanın hazırkı durumundan danışarkən növbəti turda "Sabah"a qarşı keçirəcəkləri oyuna da toxunub:

"Açıq deyim ki, biz fiziki baxımdan çox zəifik. Buna görə də “Səbail”lə oyunda sona yaxın rəqib qapısında təzyiq yara bilmirdik.

Fiziki cəhətdən yaxşı durumda deyilik. “Sabah” isə çempionatın ən yaxşı komandalardan biridir.

Çətin olacaq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, yaxşı oyun sərgiləyək və qələbə qazanaq".

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...