"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

21 Oktyabr 2024 22:40 Neftçi 1 798
"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

Samir Abasov "Neftçi"nin baş məşqçisi kimi çempionatda 30-cu qələbəsini qazanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın X turuna təsadüf edib.

Paytaxt təmsilçisi doğma meydanda "Səbail"ə qalib gəlib - 3:1. Bu, Abasovun Bakı klubuna qayıdışından sonra ilk oyunu və komandanın mövsümdəki ilk qələbəsi olub.

Onun “Neftçi”yə rəhbərlik etdiyi 2020-2022-ci illərdə “ağ-qaralar” Premyer Liqada 29 dəfə qalib gəlmişdi.

Bakı təmsilçisi mövsümün əvvəlki 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...