Samir Abasov Ramil Şeydayevlə bağlı heç kimin gözləmədiyi qərarı verdi

17 Oktyabr 2024 13:40 Neftçi 23 221
Samir Abasov Ramil Şeydayevlə bağlı heç kimin gözləmədiyi qərarı verdi

«Neftçi»nin yeni baş məşqçisi Samir Abasov son anda gözlənilməz qərar verib.

Bugünlərdə komandanın sükanı arxasına keçən mütəxəssis kapitanlıq sarğısını Ramil Şeydayevdən geri alıb.

Çalışdırıcı hesab edir ki, adıçəkilən hücumçu son həftələrdəki zəif oyunla bu məsuliyyəti üzərinə götürməyə hazır olmadığını göstərib.

O, bazubəndi yenidən Emin Mahmudovun qoluna keçirmək istəsə də, dəstəklənməyib.

Abasov sarğını Yuri Matiasa həvalə etmək niyyətində olması barədə rəhbərliyi məlumatlandırıb.

Bakılılarla 2 illik müqaviləyə imza atmış mütəxəssis bu fikrini onunla əsaslandırıb ki, braziliyalı müdafiəçi emosional biridir və komanda üzvlərini motivasiya etməyə həmişə hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...