“Neftçi”dən ayrılanlar üçün iki variant

16 Oktyabr 2024 23:00 Neftçi 4 120
“Neftçi”dən ayrılanlar üçün iki variant

Samir Abasovun gəlişindən sonra əvvəlki dönəmlərdəki baş məşqçilərin köməkçiləri olmuş Sənan Qurbanovla Emil Babayevin “Neftçi”dən ayrılacaqları haqda xəbər yayılıb.

Hətta hər iki mütəxəssisin karyerasını “Sumqayıt”da davam etdirəcəyi bildirilir.

Bəli, adları çəkilən mütəxəssislər “kimyaçılar”dan təklif alıb. Sənan Qurbanov Pro kateqoriyası olduğuna görə Vaqif Cavadova lazımdır, Emil Babayev isə böyük təcrübəyə sahib olduğu üçün.

Lakin Qurbanovla Babayev “Sumqayıt”a “hə” deməyiblər. Çünki “Neftçi” ilə mövsümün sonuna qədər müqavilələri var və maya qədər orada çalışmaq hüququna sahibdirlər.

Hətta təklifləri olsa belə, onlar ilk növbədə “Neftçi”ylə ortaq məxrəcə gəlməlidir.

Odur ki, məsələnin həllini çox vaxt aparacaq. Vaqif Cavadov isə yəqin ki, o vaxta qədər köməkçilərini müəyyənləşdirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...