COP29

“Neftçi” yeni baş məşqçisini tapdı? – SON DƏQİQƏ AÇIQLAMASI

12 Oktyabr 21:00 Neftçi 6 812
“Neftçi” yeni baş məşqçisini tapdı? – SON DƏQİQƏ AÇIQLAMASI

“Neftçi” rəhbərliyinin komandanı bosniyalı Sergey Yakiroviçə tapşırması ilə bağlı iddialar yayılıb.

Qeyd edilir ki, çalışdırıcı artıq Bakıya gəlib.

Hazırda tərəflər arasındakı danışıqların son mərhələsində olduğu bildirilir. Ciddi bir fikir ayrılığı yaranmasa, Yakiroviçlə ən qısa zamanda rəsmi müqavilə imzalanacaq.

Yakiroviçin sonuncu iş yeri Zaqreb “Dinamo”sudur.

Xorvatiya çempionu bu mövsüm Çempionlar Liqasında məhz onun rəhbərliyi altında Azərbaycan çempionu “Qarabağ”ı hər iki oyunda məğlub edərək, mərhələ adlayan tərəf olub.

Bosniyalı mütəxəssis ÇL-in Liqa mərhələsində Almaniya nəhəngi “Bayern”ə səfərdə məğlubiyyətdən (2:9) sonra sentyabrın 19-da “Dinamo”dan ayrılıb. Onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Yakiroviç “Dinamo”dan öncə “Riyeka”, “Zrinski”, “Maribor”, “Qoritsa” və “Sesvete” kimi klublarda da baş məşqçi kimi çalışıb. 47 yaşlı mütəxəssis ötən mövsüm Zaqreb klubu ilə Xorvatiyada qızıl dubla imza atıb.

O, 2021/2022 mövsümündə də “Zrinski”ni Bosniya və Herseqovina çempionu edib.

“Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli yayılan son iddaialara Sportinfo.az vasitəsilə münasibət bildirib:

“Namizədlərlə müzakirə və danışıqlarımız davam edir. Siyahıda müxtəlif adlar var.

Amma hal-hazırda adlarla bağlı açıqlama verə bilməyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti