«Neftçi» rəhbərliyinin yeni baş məşqçi axtarışları hələ bitməyib.
Proses uzanmaqdadır.
Bu konteksdə müəyyən məlumatlar əldə etmişik. Redaksiyamıza daxil olan xəbərə görə, rəsmilər yalnız xaricə mütəxəssisə fokuslanıb.
Samir Abasovun dönüşü barədə artıq burada az danışılır.
«Ağ-qaralar» Abdullah Avcı başda olmaqla, bir neçə çalışdırıcı ilə eyni vaxtda görüşmələr keçirir. Hələlik onların heç biriylə razılıq əldə edilməyib.
«Ağ-qaralar» bugünlərdə Roman Qriqorçukla vidalaşıb. İyunun 26-da sükan arxasına keçmiş ukraynalı fəaliyyətinin 100-cü günündə vəzifədən alınıb.
Onunla 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Əsas kifayət qədər ciddidir - komanda rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunsa da, Qriqorçuk Premyer Liqanın ilk dövrəsində 1 qələbə qazana bilməyib.
«Neftçi» 9 tur ərzində 5 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ