Məşhur məşqçi ərəblərdən super təklif aldı, "Neftçi"dən vaxt istədi

11 Oktyabr 2024 09:40 Neftçi 8 582
Məşhur məşqçi ərəblərdən super təklif aldı, "Neftçi"dən vaxt istədi

Abdullah Avçı ona dəvət göndərən «Neftçi» rəhbərliyindən vaxt istəyib.

Bu barədə redaksiyamıza türkiyəli mütəxəssisə yaxın şəxslər məlumat verib.

Onların bildirdiyinə görə, avqustun 31-də «Trabzonspor»dan ayrılandan bəri işsiz olan çalışdırıcı Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanından da təklif alıb.

Ərəblər Avcıya daha yüksək maliyyə şərtləri irəli sürüb və hazırda tərəflər arasında danışıqlar davam edir. O, Ərəbistana yollanmağa daha isti yanaşır, nəinki ölkəmizə gəlməyə.

Bununla belə, «Neftçi»nin çağırışına saymazyana yanaşmaq da istəmir. İşdir, ərəblərlə sövdələşmə baş tutmasa, Bakı klubunun da əlindən çıxa biləcəyindən ehtiyat edir.

«Ağ-qaralar» bugünlərdə Roman Qriqorçukla vidalaşıb. İyunun 26-da sükan arxasına keçmiş ukraynalı fəaliyyətinin 100-cü günündə vəzifədən alınıb.

Onunla 2 illik müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Əsas kifayət qədər ciddidir - komanda rəhbərlik tərəfindən hər cür qayğı ilə əhatə olunsa da, Qriqorçuk Premyer Liqanın ilk dövrəsində 1 qələbə qazana bilməyib.

«Neftçi» 9 tur ərzində 5 xal toplayıb və turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!