“Neftçi”də qruplaşma var? - O, “torba” söhbətinə aydınlıq gətirdi

10 Oktyabr 2024 21:20 Neftçi 4 789
“Neftçi”də qruplaşma var? - O, “torba” söhbətinə aydınlıq gətirdi

“Neftçi”nin mövsümə uğursuz başlamasını hərə bir amillə əlaqələndirir.

Məşqçi və futbolçu bacarıqsızlığı, eləcə də, idarəetmədəki nöqsanlar əsas söhbət mövzusudursa, komanda daxilində qruplaşmanın olması (el arasında “torba tikmək” deyilir – H.) ilə bağlı iddia xəbəri dillərdə əzbər olub.

Ki, bəzi futbolçular Qara Qarayevlə Emin Mahmudova göstərilən soyuq münasibətə görə bilərəkdən oynamır, uğursuzluq da buna görədir.

Komandanın aparıcı simalarından olan Yuri Matiasla söhbətdə məlum məsələ ilə bağlı soruşduqda, braziliyalı müdafiəçinin Sportinfo.az-a verdiyi cavab belə oldu:

“Nəticələr ürəkaçan olmayanda, insanların ağlından müxtəlif ehtimallar keçir. Bu, tək Azərbaycanda yox, hər yerdə belədir.

Kollektivin içində olan biri kimi deyə bilərəm ki, belə bir şey yoxdur. Qruplaşmadan söhbət gedə bilməz.

Bəlkə də, kimlərsə harada olduğunun fərqində deyil. Ancaq hər kəs bilməlidir ki, bura “Neftçi”dir, Azərbaycanın ən köklü, ən böyük klubudur”.

Premyer Liqanın ilk dövrəsindən sonra 5 xala sahib “Neftçi” turnir cədvəlində 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da