"Neftçi"ni MAT edən hücumçunu tanıyın!

12 Oktyabr 2024 17:00 Neftçi 6 116
"Neftçi"ni MAT edən hücumçunu tanıyın!

Nəhayət, birinci dövrənin son turunda "Kəpəz" ilk xallarını qazana bildi.

Özü də "Neftçi" üzərində.

Qərb təmsilçisi parlaq oyunla yadda qaldığı matçda 3 xalı 4 qolla əldə etdi - 4:3.

Matçın qəhrəmanı isə sözsüz ki, dubl edən Orxan Əliyev oldu.

O, iki dəfə komandası hesabda geri düşsə də bərabərliyi təmin edən qolu vurdu.

Öncə Rza Cəfərovu səhvə məcbur etdi, ardınca əla zərbə ilə topu "doqquzluğ"a sancdı.

Əliyevi "Neftçi"nin qənimi də adlandıra bilərik.

28 yaşlı forvard ötən mövsüm də "ağ qaralar"a çətin anlar yaşatmağı bacarıb.

"Araz-Naxçıvan" formasında "Neftçi" önünə çıxdığı 4 matçdan 3-də fərqlənib.

Onun qol vurduğu üç görüşdən ikisində "Neftçi" xalsız qalıb, yalnız birində 1 xala sevinib.

Orxan paytaxt təmsilçisinə qarşı ötən mövsümdən başlatdığı uğurlu tendensiyanı bu dəfə "Kəpəz" forması ilə davam etdirdi. Qarşıda isə daha 3 qarşılaşma onu gözləyir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...