COP29

"Neftçi" bu baş məşqçinin xidmətindən imtina etdi – SON DƏQİQƏ

8 Oktyabr 20:00 Neftçi 6 127
"Neftçi" bu baş məşqçinin xidmətindən imtina etdi – SON DƏQİQƏ

Baş məşqçisi Roman Qriqorçuk ilə yollarını ayıran “Neftçi” komandaya rəhbərlik edəcək mütəxəssisin axtarışlarına başlayıb.

“Ağ-qaralar” hazırda yerli variantlara üstünlük verir.

Sosial şəbəkələrdə yayılan iddialara görə, ən real namizədlərdən biri də Tərlan Əhmədovdur.

Bildirilir ki, paytaxt klubu artıq 53 yaşlı mütəxəssis ilə danışıqlara başlayıb.

2017/18-ci illər mövsümündə “Neftçi”yə rəhbərlik edən Əhmədov həmin vaxt da komandanı son sıralardan təhvil almış və sonda bürünc medal qazanmışdı.

Saytımız bu informasiyanın doğruluğunu müxtəlif mənbələr vasitəsilə dəqiqləşdirməyə çalışıb.

Klub rəhbərliyinə yaxın şəxslərin redaksiyamıza verdiyi məlumata görə, Əhmədov artıq namizədlər siyahısında yer almır.

Bakılılar adı müxtəlif xoşagəlməz söz-söhbətlərdə hallanan çalışdırıcının üzərində dayanmaq istəməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 18:10 Çək və bizə göndər!