Emin Mahmudova yeni təklif gəldi - “Netfçi“ni bu kluba dəyişəcək?

7 Oktyabr 2024 14:20 Neftçi 15 146
Emin Mahmudova yeni təklif gəldi - “Netfçi“ni bu kluba dəyişəcək?

“Sabah” rəhbərliyi Emin Mahmudovu gündəminə alıb.

Masazır təmsilçisi yarımmüdafiəçinin “Neftçi”də yaşadığı prosesləri diqqətlə izləməkdədir.

“Bayquşlar“ millinin kapitanını qnış fasiləsindən sonra öz düşərgəsində görməkdə maraqlıdır. Onlar artıq Eminə bununla bağlı mesaj göndəriblər.
Mahmudovun “ağ-qaralar“la kontraktı 2025-ci ilin yayında başa çatacaq.

2017-ci ildən “Neftçi“nin şərəfini qoruyan orta sahə oyunçusu 2023-cü ilin yayında sözləşməsini 2+1 il müddətinə uzadıb.

Hazırda onun buradakı işləri qənaətbəxş sayıla bilməz. Üç həftə öncə kapitan sarğısı əlindən alınan yarımmüdafiəçi Premyer Liqanın son 3 turunda meydana çıxmayıb.

Roman Qriqorçukla fikirləri üst-üstə düşməyən Eminin yeni ildən öncə “Neftçi“ ilə vidalaşması ahtimalı böyükdür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...