“Neftçi” Rumıniya millisinin vingerini icarəyə götürmək istəyir

5 May 2023 00:40 Neftçi 2 214
“Neftçi” Rumıniya millisinin vingerini icarəyə götürmək istəyir

“Neftçi”nin yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın məlumatına görə, Bakı klubunun maraq dairəsində olan oyunçulardan biri Klaudiu Petriladır.

“Ağ-qaralar” Klujun ÇFR klubunda forma geyinən rumıniyalı vingeri icarəyə götürməyi planlaşdırır. 23 yaşlı futbolçu hücumameylli yarımmüdafiəçi kimi də çıxış edir.

2018-ci ildən ÇFR-in əsas komandasında olan Petrila 2020/21 mövsümünün yarısını icarə əsasında “Sepsi”də keçirib. O, cari çempionatda 34 oyunda 2 qol vurub.

Rumıniyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış Petrila ötən il əsas millinin heyətində də debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti