"Neftçi" futbolçularını stimullaşdırdı - "Qarabağ"ı ud, qazancın bu qədər olsun!

30 Sentyabr 2022 13:00 Neftçi 1 552
"Neftçi" futbolçularını stimullaşdırdı - "Qarabağ"ı ud, qazancın bu qədər olsun!

Sabah Azərbaycan derbisi keçiriləcək. "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:00-da başlayacaq.

Hər iki komanda 18 xal toplayıb və 1-2-ci yerləri bölüşdürür.

Bir matç az keçirən "Qarabağ" daha yaxşı top fərqinə görə zirvədə yer alıb.

"Neftçi" Suraxanıdan 3 xalla dönmək üçün futbolçularını maksimum dərəcədə stimullaşdırıb. "Ağ-qaralar" səfər görüşündə qələbə qazanarsa, 4000 manat civarında mükafat alacaq.

"Neftçi", adətən, qalib gəldiyi qarşılaşmaoara görə oyunçularına 1200-2000 manat pul ödəyir.

"Qarabağ"la derbilərin maddi dəyəri isə bir başqadır. Bakılılar ötən mövsümlərdə mükafatın məbləğini 5000 manatadək qaldırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti