Samir Abasov bu oyunçunun da “Neftçi”dən ayrılmasına isti yanaşır

23 Noyabr 2024 17:20 Neftçi 5 355
Samir Abasov bu oyunçunun da “Neftçi”dən ayrılmasına isti yanaşır

Azər Əliyevin “Neftçi”dən ayrılması gündəmə gəlib.

Samir Abasov ağ-qara forma ilə üçüncü mövsümünü keçirən müdafiəçinin xidmətinə bir o qədər də maraq göstərmir.

Oktyabrın əvvəlində paytaxt təmsilçisinə dönən baş məşqçi 30 yaşlı arxa xətt oyunçusunu əsas heyətdə görmür. Çalışdırıcı müqavilə müddəti 2025-ci il iyunun 30-da bitəcək Əliyevlə qış fasiləsində yolların ayrılmasına tərəfdardır.

Bura gələnə qədər Rusiyada “Saxalin”, “Krılya Sovetov”, “Ufa” və “Tambov”un formasını geyinmiş Azər Canni De Byazinin dönəmində Azərbaycan yığmasına da cəlb edilib.

Ona münasibətdə Roman Qriqorçukla Samir Abasovun mövqeyi üst-üstə düşür. Ukraynalı «Neftçi»nin sükanı arxasında qalsaydı, Əliyevi yeni ilədək yola salacaqdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş