“Neftçi” SÜRPRİZ TRANSFER üçün ilk addımı atdı: Təklif göndərildi, o, vasitəçi oldu

26 Oktyabr 2021 20:00 Neftçi 4 590
“Neftçi” SÜRPRİZ TRANSFER üçün ilk addımı atdı: Təklif göndərildi, o, vasitəçi oldu

“Neftçi” Ayaz Quliyevi icarəyə götürmək istəyir.

Bakılılar bununla bağlı Tula “Arsenal”ı ilə danışıqlara start verib.

Bu ilin yayında Moskva “Spartak”ını “Arsenal”a dəyişən azərbaycanlı futbolçu yeni komandasında özünü göstərə bilmir.

Burada az şans qazanan yarımmüdafiəçinin məşqçilər korpusu ilə münasibətləri yaxşı deyil.

Üstəlik, bir qrup yerli azarkeş sosial şəbəkələrdə onun əleyhinə “kampaniya” aparır, bu transferə görə klub rəhbərliyini ciddi tənqid edir.

“Ağ-qaralar” bu situasiyadan yararlanmaq üçün addımlar atır. Quliyevi qış fasiləsində düşərgəyə cəlb etmək niyyəti ilə “Arsenal”a təkliflər paketi göndərilib.

Buna əsasən, 24 yaşlı orta sahə oyunçusu öncə 6 aylıq icarəyə götürülür, sonra transfer hüququnun alınması müzakirə olunur. Təbii ki, bu zaman Quliyevin öz fikri nəzərə alınacaq.

Ayaz hələlik bu çağırışa isti yanaşmır. Bakılılar onu yola gətirmək məqsədilə Emin Mahmudovun xidmətindən yararlanmağa çalışır.

Axı Mahmudov da Rusiya futbolunun yetirməsidir və Quliyevi yaxşı tanıyır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!