Samir Abasov Roman Qriqorçukun sevimli hücumçusunu da “gözdən çıxardı”

9 Dekabr 2024 13:00 Neftçi 4 057
Samir Abasov Roman Qriqorçukun sevimli hücumçusunu da “gözdən çıxardı”

“Neftçi”nin baş məşqçisi Samir Abasov xidmətində maraqlı olmadığı daha bir oyunçunun kimliyini müəyyənləşdirib.

İki aydır komandanı çalışdıran mütəxəssis Dembo Darbonu “gözdən çıxarıb”.

Mütəxəssi dünən Sumqayıt səfərində bir hissə şans verdiyi qambiyalı hücumçunu daha sərəncamında görmək istəmir.

Premyer Liqanın 16-cı turu çərçivəsinə keçirilən matçın fasiləsində Ramil Şeydayevi əvəzləmiş Darbo hakimin final fitinədək qol vura bilməyib.

Samir Abasov Roman Qriqorçukun Azərbaycana gətirdiyi forvardın “Neftçi”nin hücum gücünü zəiflətdiyi qənaitindədir.

“Ağ-qaralar” avqustun 28-də afrikalı ilə 2 illik müqavilə imzalayıb.

Bundan əvvəl müqavilə ilə “Əl-Nəsr”ə (BƏƏ) məxsus olan Darbo icarə əsasında Qazaxıstanda - “Astana” və “Ordabaşı”da çıxış edib.

Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya millisində 5 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var