Samir Abasov Elxan Məmmədovun adını çəkib, kimlərin "bostanına daş atdı"? - VİDEO

26 Sentyabr 2021 22:20 Neftçi 903
Samir Abasov Elxan Məmmədovun adını çəkib, kimlərin "bostanına daş atdı"? - VİDEO

"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"la oyundan sonra yerli futbolçularla bağlı tətbiq edilən limitlə bağlı öz narazılığını bildirmişdi.

Məhz bundan sonra mövzu ilə bağlı futbol ictimaiyyətindən reaksiyalar gəlməyə başladı.

Əksəriyyət Abasovun təklifinə qarşı çıxdı və milli komanda naminə limitin vacibliyini önə çəkdi.

Onların arasında digər klubların baş məşqçiləri, yəni Abasovun həmkarları da vardı.

Bu gün "Sabah"la baş tutan oyundan sonrakı mətbuat konfransında gənc çalışdırıcı növbəti dəfə limit məsələsinə qayıdıb və bu dəfə ona qarşı çıxanların "bostanına daş atıb".

Sitat: "Mənim limitlə bağlı fikirlərimdən sonra bircə UEFA prezidenti Aleksander Çeferin qaldı ki, fikir bildirməsin. PFL prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan fikir soruşmaq pis deyil ki... Hərə öz fikirlərində bir arqument gətirməlidir. Siz onların dedikləri sözlərdən sonra "Mən də belə deyim" söyləyənlərdən çəkinin".

Görəsən, Abasovun Elxan Məmmədova yarınan kimi nəzərdə tutduğu kimlərdi?

Həmkarları, yoxsa...?

Daha bir maraqlı məqam: Samir Abasov Ramin Musayevlə Elxan Məmmədov haqda danışandan sonra yanındakı şəxsə dönərək, bunların adını çəkirəm, pis deyil ki?» deyə, soruşur və… sözlərinə davam edir.

Həm də işinə. Həm də asıb-kəsməyə.

Deyəsən, nə(lər)sə eşidib. Yoxsa qulağına səs dəymiş kimi səsinin tonunu qaldırsın ki...

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"