Premyer Liqada ilk baş məşqçi istefası - “Neftçi”dən asılıdır

19 Sentyabr 2021 10:40 Neftçi 1 718
Premyer Liqada ilk baş məşqçi istefası - “Neftçi”dən asılıdır

Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçiriləcək.

Günün yeganə qarşılaşması Bakıda baş tutacaq.

Paytaxt derbisində “Neftçi” “Keşlə”ni qəbul edəcək. Görüş “Bakcell Arena”da keçiriləcək. Son çempion “Qarabağ”a məğlubiyyəti unutdurmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.

Xala həsrət “Keşlə” isə yenilgilər seriyasına son qoyaraq axırıncı pillədən qurtulmaq arzusundadır. Qonaqlar bu istəyini gerçəkləşdirməyi bacarmasa, baş məşqçisi ilə vidalaşacaq.

Hər halda derbi Sənan Qurbanov üçün «olum-qalım» səciyyəsi daşıyır. Klub rəhbərliyi 41 yaşlı çalışdırıcıya bununla bağlı son mesajını verib.

AFFA artıq bu məsələyə qarışmır..Federasiya onun xahişi ilə “Keşlə”də işə götürülən Qurbanovla əlaqəli indii veriləcək istənilən qərarı dəstəkləyəcəyini qarşı tərəfin diqqətinə çatdırıb.

Düşərgədə atmosfer son vaxtlar ümumiyyətlə korlanıb. Baş məşqçinin avqust ayının maaşından 10 faiz cərimə tutması futbolçuların ona münasibətini tamamilə pis edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti