
«Neftçi»nin baş məşqçisi Samir Abasov SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovla görüşmək təşəbbüsü ilə çıxış edib.
Sportinfo.az-ın məlumatına görə, onun belə bir istəyə düşməsi klub rəhbərliyindən olan narazılığından qaynaqlanır.
Ötən ilin noyabrında iş başına keçən mütəxəssis ona verilən vədin yerinə yetirilməməsindən şikayətçidir. Belə ki, Abasov xeyli müddətdir yeni hücumçu alınmasını tələb etsə də, hələ də bu transfer baş tutmayıb.
Klubun prezidenti Kamran Quliyev maliyyə şərtlərini əsas gətirərək, baş məşqçinin bəyəndiyi legionerləri almaqdan boyun qaçırır.