7000 dollara görə “Neftçi”də qaldı

13 Yanvar 2021 13:00 Neftçi 1 113
7000 dollara görə “Neftçi”də qaldı

“Neftçi”nin legioneri Sabir Buqrinin ilk klubu “Lyers”ə qayıtmamasının səbəbi məlum olub.

Sportinfo.az-ın məlumatına görə, Belçika klubu yarımmüdafiəçiyə Azərbaycanda qazandığı puldan aşağıı məbləğ təklif edib.

Antverpen vilayətində yerləşən komanda hələ ötən ilin yayında Mərakeş əsilli oyunçunu almağa çalışıb. “Lyers” 25 yaşlı orta sahə oyunçusunu heyətinə cəlb etmək üçün illik 40 min avro ödəməyə razı olub.

“Neftçi”yə ötən ilin yayında “Düdelanj”dan keçən Sabir Buqrin 2015-2018-ci illərdə “Lyers”in formasını geyinib. İndi o, Bakı klubunda aylıq 7000 dollar maaş alır. Üstəlik, əlavə bonuslar.

Paytaxt təmsilçisi işbirliyindən razı qalarsa, gələn mövsümdən etibarən, əməkhqqı 10 min dollaradək artırılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda