Azərbaycan yığmasına "hə" deyəcəkmi? - SUALDAN QAÇDI

27 Fevral 2020 16:42 Milli komanda 1 039
Azərbaycan yığmasına "hə" deyəcəkmi? - SUALDAN QAÇDI

Adı Azərbaycan millisi ilə hallanan Abdullah Avcı açıqlama verməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.

Məlumata görə, 53 yaşlı mütəxəssis dünən həyat yoldaşı ilə birgə restoranların birində nahar edib. Məkandan ayrılandan sonra həmkarlarımızın Avcı ilə danışmaq istəyi baş tutmayıb.

O, açıqlama vermək istəmədiyini bildirib. Jurnalistləri ən çox maraqlandıran məsələ isə hazırda işsiz olan Avcının karyerasını harda davam etdirəcəyidir.

Təxminən bir aydan çoxdur ki, təcrübəli mütəxəssisin Azərbaycan milli komandasının başına keçəcəyi yazılırdı. Ancaq bu yaxınlarda

Türkiyə mətbuatında çıxan xəbərlər görə, o, AFFA-nın təklifini geri çevirib. Buna səbəb kimi Avcının yığmada yox, klubda çalışmaq istməsi göstərilib.

Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğurusuz gedişatın ardından istefaya yollanıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır