Millimizin Avropa üçün yekun heyətində bu oyunçular qaldı

02:00 Milli komanda 82
Millimizin Avropa üçün yekun heyətində bu oyunçular qaldı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan komandasının yekun heyəti müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində Bolqarıstan, Litva və Malta yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.

B Liqasının 2-ci qrupunda yer alan millimiz martın 24-də Bolqarıstan, 27-də Litva, 30-da isə Malta seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Bolqarıstanda keçiriləcək.

U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:

Qapıçılar: Bilal Hacıyev, Murad Muradov

Müdafiəçilər: Kamil Həsənov, Uğur Qurbanlı, Rəşad Gülüşov, Səttar Tahirzadə, Atacan Məmmədov, Muhamməd Çodarov, İsmayıl Səfərli, Amin Rzayev

Yarımmüdafiəçilər: Raul İsaqov, Nihad Hüseynzadə, Musa Mustafayev, Əli Kiçibəyov, İbrahim Xəlilov, Samir Şərifov, Əli Bəşirov

Hücumçular: Kamal Zülfiyev, Pünhan Kərimov, Murad Həmidov

24 mart

17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Plovdiv, “Xristo Botev” stadionu

27 mart

13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

30 mart

14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Plovdiv, Nikola Şterev - Starika İdman Kompleksi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 02:50 Kim, harada, nə vaxt?