Təqvimi və formatı dəyişdi - Milli Sumqayıtda oynayacaq

14:25 Milli komanda 216
Təqvimi və formatı dəyişdi - Milli Sumqayıtda oynayacaq

Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, dəyişikliyə səbəb Omani komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FİFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq.

Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti