Sportinfo.az xəbər verir ki,"Sanderlend"in müdafiəçisi Dennis Çirkin Latviya yığmasına dəvət alıb.
O, hazırda idman vətəndaşlığının dəyişdirilməsi prosesi davam etdiyi üçün rəsmi oyunlarda iştirak edə bilməsə də, komandanın mart ayındakı təlim-məşq toplanışında yer almağa razılıq verib.
Atası türk-azərbaycanlı köklərə sahib olan futbolçunun adı bir müddət Azərbaycan yığması ilə də hallanırdı. Lakin İrlandiya doğumlu cinah müdafiəçisi beynəlxalq səviyyədə valideynlərinin vətəni olan Latviyanı təmsil etməyə qərar verib.
Latviya Futbol Federasiyası hüquqi prosedurların qısa zamanda yekunlaşacağını bildirib.
Çirkinin Millətlər Liqasında Ermənistana qarşı matçlarda debüt edəcəyi gözlənilir. Bunun üçün Latviya mart ayındakı pley-off mərhələsində Cəbəllüttariqi üstələməlidir.
İngiltərənin aşağı yaş qruplarında da çıxış etmiş 23 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində 125 matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

