Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Ruy Jorjenin müqaviləsinin müddəti açıqlanıb.
Sportinfo.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bu barədə bildirib.
"Qarşıdakı 1 il 7 ay ərzində çox yaxşı təcrübə keçə bilərik. Bu müddət ərzində bərabər olacağıq", - o vurğulayıb.
R.Jorje burada olmaqdan qürur duyduğunu söyləyib:
"Uğur qazanmaq oyunçuların istəyindən və əzmkarlığından asılıdır. Bunları bacara bilsək, uğurlara nail ola bilərik. A
zərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşla buraya gəlməmişdən əvvəl danışmışdım. Həm ölkə, həm də insanlar haqqında xoş sözlər dedi.
Buraya gəldiyim ilk gündən gördüm ki, onun dedikləri ilə üst-üstə düşür".
U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

