Azərbaycan millisinin heyəti açıqlandı

14:10 Milli komanda 139
Azərbaycan millisinin heyəti açıqlandı

Azərbaycan milli komandasının “FİFA Series – 2026” turniri üçün heyəti açıqlanıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, komanda martın 22-də Bakıda təlim-məşq toplanışına başlayacaq.

Milliyə dəvət alan futbolçuların siyahısı belədir:

Qapıçılar: Səlahət Ağayev, Rza Cəfərov (hər ikisi "Qəbələ"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Aydın Bayramov ("Zirə")

Müdafiəçilər: Cəlal Hüseynov ("Arda", Bolqarıstan), Anton Krivotsyuk (Daejeon Hana, Cənubi Koreya), Rahil Məmmədov ("Araz-Naxçıvan"), Elvin Bədəlov ("Neftçi"), Bədavi Hüseynov, Elvin Cəfərquliyev ("Qarabağ"), Rəhman Daşdəmirov ("Sabah"), Abdulla Rzayev ("Şamaxı), Qismət Alıyev ("Zirə")

Yarımmüdafiəçilər: Emin Mahmudov, Emil Səfərov ("Neftçi"), Rəhim Sadıxov, Ayxan Hüseynov ("Turan Tovuz"), Mustafa Əhmədzadə ("Araz-Naxçıvan"), Abdulla Xaybullayev, Xəyal Əliyev, Aleksey İsayev ("Sabah"), Toral Bayramov ("Qarabağ"), Rüstəm Əhmədzadə ("Sumqayıt"), Vüsal İsgəndərli ("Partizani", Albaniya), Ceyhun Nuriyev ("Zirə")

Hücumçular: Renat Dadaşov ("Motor", Polşa), Musa Qurbanlı ("Qarabağ")

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti