AFFA “Almaniya bazarı”ndan millimiz üçün oyunçu tapdı - FOTO

00:50 Milli komanda 170
AFFA “Almaniya bazarı”ndan millimiz üçün oyunçu tapdı - FOTO

AFFA-nın milliləşdirmək istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, futbolinfo.az-ın əldə etdiyi məlumata görə, assosiasiya yenə “Almaniya bazarı”ndan oyunçu tapıb.

AFFA rəhbərliyi əsasən aşağı yaş qrupları üzrə millilərin gücləndirilməsi ilə məşğuldur. Qurum bu yolla istedadlı gəncləri indidən milliləşdirmək və gələcəkdə əsas milliyə cəlb etməyi planlaşdırır.

Xüsusən də gələn il keçiriləcək dünya çempionatına qatılacaq U-20 millimizin gücləndirilməsi prioritetdir.

Budəfəki hədəf Almaniyadan “Herta”nın dayaq yarımmüdafiəçisi Elyas Bağcıdır. Berlin klubunun yetirməsi olan 17 yaşlı oyunçunun tezliklə millilərdən birinə çağırılması istisna deyil.

Bunun üçün ilk növbədə Elyasın özünün razılığı alınmalıdır. Çünki “Herta”nın U-19 komandasında çıxış edən yarımmüdafiəçi hazırda Türkiyənin U-17 millisinin üzvü sayılır.

Lakin ötən ilin martından bəri yığmaya dəvət almır. AFFA rəhbərliyi bundan yararlanaraq, Bağcıya Azərbaycan millisinin formasını geyindirməyə çalışır.

Türkiyəli oyunçu ilə A millinin direktoru İlqar Qurbanov danışıq aparır.

Elyas Bağcı 2024-cü ildə Azərbaycanın U-17 yığmasına qarşı keçirilən iki yoxlama oyununda Türkiyə millisinin formasını geyinib. Lakin onun milliləşdirilməsinin nə qədər qanunauyğun olduğu bəlli deyil.

s - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti