Millimizdə işə başlayan əcnəbi baş məşqçi Bolqarıstanda “kəşfiyyat” aparacaq

16:40 Milli komanda 155
Millimizdə işə başlayan əcnəbi baş məşqçi Bolqarıstanda “kəşfiyyat” aparacaq

17 yaşadək futbolçulardan ibarət millimiz Bakıda tlim-məşq toplanışına başlayıb.

Komandamız Avropa çempionatının seçmə mərhələsinin II raundunun oyunları üçün martın 21-də Bolqarıstanın Plovdiv şəhərinə yollanacaq.

B Liqasının 2-ci qrupunda yer alan U-17 orada Bolqarıstan, Litva və Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Yeni yaradılan U-20-nin baş məşqçisi Rui Jorje də bu səfərdə iştirak edəcək.

İki gün öncə AFFA ilə 1 il 7 aylıq müqavilə imzalayan portuqaliyalı mütəxəssis U-17-nin hər üç matçını tiribunadan izləyəcək.

Onun Balkan yarımadasına yollanmasında bir məqsədi var – gözünə yaxşı dəyən futbolçuları U-20-yə cəlb etmək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti