Bəhlul Mustafazadənin uzun müddətə zədələnməsindən sonra Azərbaycan millisinin müdafiə xəttinə kimlərin cəlb olunacağı maraq doğurur.
Baş məşqçi Ayxan Abbasovun hansı futbolçulara dəvət göndərəcəyi böyük ölçüdə məlumdur.
Əvvəlki toplanışlarda olduğu kimi, Anton Krivotsyuk, Cəlal Hüseynov, Bədavi Hüseynov və Elvin Bədəlov çox güman martdakı toplanışa qatılacaq.
Bəhlulun yaratdığı boşluğa isə Murad Məmmədov, Arsen Ağcabəyov, Zamiq Əliyev əsas namzədlər göstərilir.
“Şamaxı”nın şərəfini qoruyan Ağcabəyov Sportinfo.az-a açıqlamasında yığmada oynamaq həvəsini etiraf edib:
“Millidə oynamağı kim istəməz? Əlbəttə, mənim də arzularımdan biri budur. Bunun üçün çalışıram, əlimdən gələni edirəm.
Ayxan Abbasov milli üzvlərini və namizəd futbolçuları diqqətdə saxlayır. Layiq bilsə, çağıracaq. Layiq bilməsə, öz üzərimdə çalışmaqda davam edəcəyəm.
İnşallah ki, nə vaxtsa arzuma çataram”.
Azərbaycan millisi martın 27-də yoldaşlıq görüşü keçirəcək. Rəqib Sent-Lusia yığması olacaq.
HƏBİB

