Nicat və İbrahim fərqləndi, Moldovaya qalib gəldik

26 Fevral 03:10 Milli komanda 404
Nicat və İbrahim fərqləndi, Moldovaya qalib gəldik

Azərbaycanın U-19 millisi Moldovada ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib.

Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Yığmamızın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) vurublar.

Bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 14:20 Bir də yayda qayıdacaq