Azərbaycanda təşkil ediləcək “FIFA Series”də iştirak bizim üçün çox faydalı olacaq”. F
Sportinfo.az xəbər verir ki, bunu Oman millisinin baş məşqçisi Karluş Keyruş deyib.
Portuqaliyalı mütəxəssis yerli mətbuata açıqlamasında martda keçiriləcək “FIFA Series – 2026”nın onların inkişafına böyük kömək olacağını bildirib:
“Qarşıdakı rəsmi yarışa hazırlaşmaq baxımından bu turnir yaxşı fürsətdir. Əlbəttə ki, yoldaşlıq turniri sayılsa da, məqsədimiz qalib gəlmək olacaq.
Azərbaycanda keçirəcəyimiz hər iki qarşılaşmada oyunçuların son durumunu yaxından izləmək şansı yaranacaq”.
Keyruş turnirdə iştirak edəcək heyəti yaxın günlərdə açıqlayacağını vurğulayıb.
Oman millisi “FIFA Series”in yarımfinalında martın 27-də Syerra-Leone yığması ilə qarşılaşacaq. Turnirin həlledici matçları martın 30-da keçiriləcək.

