“Oyunlarını görməmişəm, güclü olduqlarını deyə bilmərəm”

25 Fevral 22:40 Milli komanda 108
“Oyunlarını görməmişəm, güclü olduqlarını deyə bilmərəm”

«Rəqiblərin oyununu görmədiyimdən güclü olduqlarını deyə bilmərəm ».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin yarımmüdafiəçisi Anatoli Nuriyev deyib.

Azərbaycan yığması Millətlər Liqasında - Litva və Lixtenşteynlə eyni qrupda yer alıb. Komandamız yeni mövsümdəki rəqibləri ilə əvvəllər bir neçə dəfə qarşılaşıb.

Litva ilə 3, Lixtenşteynlə isə 5 dəfə üz-üzə gəlmişik.

Litva ilə matçların hamısı yoldaşlıq oyunu çərçivəsində keçirilib. Komandalar ilk dəfə UEFA bayrağı altında rəsmi görüşlərdə qarşılaşıb.

Hər komandanın aktivində minimal hesablı bir qələbə var.

O ki qaldı Lixtenşteynə, millimiz bu komandanın tarixinə qızıl hərflərlə düşüb. Belə ki, Lixtenşteyn ilk qalibiyyətini 1998-ci ildə Azərbaycan millisi üzərində qazanıb.

Amma bir il sonra da Lixtenşteyn bizim tariximizə düşüb. İlk rəsmi böyükhesablı qələbəmiz məhz bu kollektiv üzərində olub.

Komandamız Bakıda rəqibin qapısından 4 cavabsız top keçirib. Sonrakı 3 görüşün birində heç-heçə edən yığmamız digər iki matçda meydanı qalib tərk edib.

Millimizin şanslarını dəyərləndirən Nuriyev söyləyib:

«Əlimizdən gələni edəcəyik ki, C Liqasında qayıdaq. Bu, bizim əsas məqsədimizdir.

Həmin oyunlara hələ xeyli vaxt var. Yaxşı hazırlaşmalıyıq.

Vaxtı çatanda rəqiblərin oyunlarını izləyəcək və analiz edəcəyik. Mənə elə gəlir ki, hər şey öz əlimizdədir.

Birinci növbədə öz oyunumuza diqqət yetirməliyik».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!