2027-ci ildə 20 yaşadək futbolçuların dünya çempionatıa Özbəkistanla birlikdə ev sahibliyi edəcək Azərbaycan yığmasını Rui Jorje (tam adı Rui Jorge de Sousa Dias Macedo de Oliveira) çalışdıracaq.
Sytımızın əldə etdiyi son məlumata görə, AFFA artıq onunla bütün müqavilə şərtlərini razılaşdırıb.
Portuqaliyalı mütəxəssis martda yeni yaradılacaq millinin sükanı arxasına keçəcək.
Yaxınlarda ölkəmizə səfər edən çalışdırıcı Bakıda bir neçə görüş keçirilib. Rui Jorje ilə 1 illik kontrakt bağlanacaq. O, burada keçirəcəyi hər aya görə 50 min avro əməkhaqqı alacaq.
Bu təyinatın martın əvvəlində rəsmən açıqlanması gözlənilir. Onunla bağlı yuxarı dairələrə məlumat verilib və müsbət fikir alınıb.
FIFA-nın İcraiyyə Komitəsinin bu ilin oktyabrında verdiyi qərara əsasən, Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir.
1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər.
Bununla futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.
İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.
Avropanın nəhəng klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər.
SPORTİNFO.AZ

