Millimiz Moldova ilə iki dəfə qarşılaşacaq

21 Fevral 02:40 Milli komanda 647
Millimiz Moldova ilə iki dəfə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 22-dək Bakıda, ayın 23-dən 28-dək isə Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olacaq.

Sportinfo.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Komanda Kişineudakı hazırlıq dönəmində fevralın 25-də və 27-də Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Bildirilib ki, hər iki matçın Bakı vaxtı ilə saat 15:00-da başlanması planlaşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi