Burada “Neftçi”dən də futbolçu var, İpsniya klubundan da

04:10 Milli komanda 100
Burada “Neftçi”dən də futbolçu var, İpsniya klubundan da

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq.

Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.

Nurəziz Əzizov ("Neftçi"), Bilal Hacıyev ("Qarabağ"), Uğur Qurbanlı ("Qarabağ"), Rəşad Gülüşov ("Sabah"), Atacan Məmmədov ("Marcet (İspaniya)"), Səttar Tahirzadə ("Marcet (İspaniya)"), Muhamməd Çodarov ("Marcet (İspaniya)"), İsmayıl Səfərli ("Neftçi"), Amin Rzayev ("Qarabağ"), Sahib Xəlilli ("Neftçi"), Eldar Abbasov ("Qarabağ"), Raul İsaqov ("Kəpəz"), Nihad Hüseynzadə ("Sabah"), Musa Mustafayev ("Zirə"), İbrahim Xəlilov ("Sabah"), Samir Şərifov ("Sabah"), Pünhan Kərimov ("Marcet (İspaniya)"), Emin Süleymanov ("Neftçi"), Əli Bəşirov ("Qarabağ"), Kamal Zülfiyev ("Sumqayıt"), Nicat Kərimov ("Sabah")

19 fevral

13:50. Azərbaycan – Rusiya

20 fevral

14:20. Azərbaycan – Özbəkistan

21 fevral

16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.

Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək.

Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Fevral 23:30 Çək və bizə göndər!
18 Fevral 15:00 PFL və AFFA-nın muradı