“Azərbaycan ora mümkün qədər tez qayıtmaq istəyəcək, onları səbirsizliklə gözləyirik”

17 Fevral 01:10 Milli komanda 765
“Azərbaycan ora mümkün qədər tez qayıtmaq istəyəcək, onları səbirsizliklə gözləyirik”

Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfstüx Millətlər Liqasının püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, sözügedən komanda D Liqasının 2-ci qrupunda Azərbaycan və Litvanın rəqibidir.

Mütəxəssis isə fikirlərində Azərbaycan millisi ilə keçirəcəkləri oyunlara da toxunub:

“Litva və Azərbaycan C Liqasından düşən iki komandadır. Şübhəsiz ki, mümkün qədər tez C Liqasına qayıtmaq istəyəcəklər.

Ona görə də motivasiyalı rəqiblər gözləyirəm. Biz bu mübarizəni qəbul edirik və maraqlı qarşılaşmaları səbirsizliklə gözləyirik.”

Millimizlə Lixtenşteyn arasında oyunlar 1 oktyabr və 13 noyabr tarixlərində keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi