"Millətlər Liqasının D Liqasında bütün rəqiblərə qalib gəlməyə borcluyuq"

11:55 Milli komanda 190
"Millətlər Liqasının D Liqasında bütün rəqiblərə qalib gəlməyə borcluyuq"

"Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında bütün rəqiblərinə qalib gəlməyə borcludur".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Sumqayıt"ın və yığmanın hücumçusu Rüstəm Əhmədzadə deyib.

O, nəticə qazanmağın vacibliyini vurğulayıb:

"D Liqasında bizə kimin rəqib olmasının fərqi yoxdur. Hamıya qalib gəlməyə borcluyuq və minimum hədəfimiz C Liqasına yüksəlməkdir.

Fikrimcə, daha yuxarı pilləyə qalxmaq üçün şanslarımız çox yaxşıdır".

Azərbaycan millisi Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteynlə mübarizə aparacaq. Komanda ilk görüşünü sentyabrın 27-də Litva millisinə qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti