Emin Mahmudov: “Tanımırıq, baxmamışam, görməmişəm”

14 Fevral 22:40 Milli komanda 1 446
Emin Mahmudov: “Tanımırıq, baxmamışam, görməmişəm”

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov UEFA Millətlər Liqasının D Liqasındakı rəqiblər - Litva və Lixtenşteyn yığmalarının hansı üslubda oynadıqlarını görməyib.

Sportinfo.az xəbər verir ki, yığmanın və "Neftçi"nin kapitanı bunu "report"a açıqlamasında deyib.

"Rəqibləri hələ tam tanımırıq, oyunlarına baxmamışam. Onların hansı üslubda oynadıqlarını görməmişəm.

Amma yenə də məqsədimiz bəllidir: C Liqasına çıxmalıyıq. İnşallah, buna nail olacağıq" - E.Mahmudov vurğulayıb.

Belçikanın paytaxtı Brüsseldə atılan püşkün nəticəsinə əsasən, Azərbaycan millisi Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.

Yeni mövsümə sentyabrın 24-də start veriləcək. Qrupun son matçları noyabrda baş tutacaqsa, turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti