Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümdəki rəqibləri ilə əvvəllər bir neçə dəfə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, millimiz Litva ilə 3, Lixtenşteynlə isə 5 dəfə üz-üzə gəlib.
Litva ilə matçların hamısı yoldaşlıq oyunu çərçivəsində keçirilib. Komandalar ilk dəfə UEFA bayrağı altında rəsmi görüşlərdə qarşılaşıb. Hər komandanın aktivində minimal hesablı bir qələbə var.
O ki qaldı Lixtenşteynə, millimiz bu komandanın tarixinə qızıl hərflərlə düşüb. Belə ki, Lixtenşteyn ilk qalibiyyətini 1998-ci ildə Azərbaycan millisi üzərində qazanıb.
Amma bir il sonra da Lixtenşteyn bizim tariximizə düşüb. İlk rəsmi böyükhesablı qələbəmiz məhz bu kollektiv üzərində olub.
Komandamız Bakıda rəqibin qapısından 4 cavabsız top keçirib. Sonrakı 3 görüşün birində heç-heçə edən yığmamız digər iki matçda meydanı qalib tərk edib.
Millimizin Litva və Lixtenşteynlə oyunları:
26.06.1998. Beynəlxalq turnir. Vilyandi
Litva – Azərbaycan – 1:2
Rasim Abuşov, 30; Vyaçeslav Lıçkin, 58
26.03.2008. Yoldaşlıq oyunu. Vilnüs
Litva – Azərbaycan – 1:0
25.03.2019. Yoldaşlıq oyunu. Bakı
Azərbaycan – Litva – 0:0
14.10.1998. AVRO-2000. Vaduts
Lixtenşteyn – Azərbaycan 2:1
Qurban Qurbanov, 59
05.06.1999. AVRO-2000. Bakı
Azərbaycan – Lixtenşteyn – 4:0
Qurban Qurbanov, 16; Vyaçeslav Lıçkin, 42; Zaur Tağızadə, 60; Mirbağır İsayev, 73
10.09.2008. DÇ-2010. Bakı
Azərbaycan – Lixtenşteyn – 0:0
10.10.2009. DÇ-2010. Vaduts
Lixtenşteyn – Azərbaycan – 0:2
Vaqif Cavadov, 55; Elvin Məmmədov, 82
06.02.2013. Yoxlama oyunu. Dubay
Azərbaycan – Lixtenşteyn – 1:0
Vaqif Cavadov, 74

