"Əsas məqsədimiz C Liqasına qayıtmaqdır" - Ayxan Abbasov

13 Fevral 00:30 Milli komanda 809
"Əsas məqsədimiz C Liqasına qayıtmaqdır" - Ayxan Abbasov

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov AFFA-nın mətbuat xidmətinə açıqlamasında UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, mütəxəssis püşkü dəyərləndirərək, rəqibləri əvvəlcədən analiz etdiklərini bildirib.

O, qarşıdakı yoldaşlıq görüşlərinin heyəti formalaşdırmaq üçün vacib olduğunu vurğulayıb və əsas hədəfin yenidən C Liqasına yüksəlmək olduğunu qeyd edib:

“Rəqiblərimiz bilindi, komandamız üçün xeyirli olsun. Bütün potensial rəqiblərimizlə tanış olmuşduq, oyunlarını izləmişdik.

Əlbəttə ki, əsas məqsədimiz C Liqasına qayıtmaqdır. Qarşıdan yoldaşlıq görüşləri gəlir.

Həmin oyunlarda futbolçuları izləmək, heyəti müəyyənləşdirmək imkanımız olacaq. C Liqasına qayıdacağımıza inanıram”.

Millimiz D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi